Bakı. Trend:
İsrail ordusunun desant qüvvələri Dəməşqin qərbindəki Kisvah bölgəsinə endirilib.
Trend-in məlumatına görə, bu barədə "Syria TV" televiziya kanalı xəbər verib.
Onun mənbələri qeyd ediblər ki, reydin məqsədləri və onun nəticələri hələlik məlum deyil. Eyni zamanda, telekanal Suriya hərbçilərinin daha əvvəl bölgədə mənşəyi məlum olmayan dinləmə cihazları və müşahidə kameraları aşkarladığını vurğulayıb.
Qısa müddət sonra İsrail Kisvaya hava zərbəsi endirib, nəticədə ölən və yaralananlar var.