...

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı müraciət edib

Cəmiyyət Materials 28 Avqust 2025 10:10 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı müraciət edib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.

Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik baxımından aşağıdakı məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir:

- güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;

- digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;

- sükanı möhkəm saxlamaq;

- açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;

- avtomobilləri park edərkən aşma riski olan ağacların, dirəklərin və reklam lövhələrinin altında saxlamamaq.

"Eyni zamanda piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırır"-müraciətdə deyilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti