...

Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini Nikolas Maduroya təqdim edib

Siyasət Materials 28 Avqust 2025 10:23 (UTC +04:00)
Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini Nikolas Maduroya təqdim edib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini Venesuelanın Prezidenti Nikolas Maduroya təqdim edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Venesuela Prezidenti ilə söhbət əsnasında səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Nikolas Maduroya çatdırıb. Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Məlumata görə, N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq bir daha səmimi qonaqpərvərliyə görə dövlət başçımıza təşəkkürünü bildirib.

"Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin iqtisadi, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb"-məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti