Bakı.Trend:
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olacaq.
Ağdam klubu IV səbətdə yer alıb.
I səbət
PSJ (Fransa), "Real" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya)
II səbət
"Arsenal" (İngiltərə), "Bayer Leverkuzen" (Almaniya), "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya) "Atalanta" (İtaliya), "Vilyarreal" (İspaniya), "Yuventus" (İtaliya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Brügge" (Belçika)
III səbət
"Tottenhem" (İngiltərə) PSV (Niderland), "Ayaks" (Niderland), "Napoli" (İtaliya), "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Slaviya" (Çexiya), "Budyo Qlimt" (Norveç), "Marsel" (Fransa)
IV səbət
"Kopenhagen" (Danimarka), "Monako" (Fransa), "Qalatasaray" (Türkiyə), "Yunion" (Belçika), "Qarabağ" (Azərbaycan), "Atletik" (İspaniya), "Nyukasl" (İngiltərə), "Pafos" (Kipr), "Kayrat" (Qazaxıstan)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas raundunda ilk turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsinə fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.