...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 28 Avqust 2025 12:12 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +29 dərəcədən +33 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 35-40% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +34 dərəcədən +39 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti