...

Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək

Cəmiyyət Materials 28 Avqust 2025 15:48 (UTC +04:00)
Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) məlumat verilib.

Qeyd olunub ki, SXA-nın əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.

"Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub.

Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq körpələr evinə yerləşdiriləcək", - deyə əlavə edilib.

Xəbər lenti

Xəbər lenti