...

Azərbaycanda aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq

İqtisadiyyat Materials 28 Avqust 2025 17:57 (UTC +04:00)
Azərbaycanda aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq.

Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu "Aqroparkların inkişafında yeni mərhələ" mövzusunda keçirilən tədbirdə Aqrar Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Rəşad Hüseynov “Aqroparklarla işin təşkili sahəsində yanaşmalar” mövzusunda təqdimatı zamanı deyib.

O, imzalanan müvafiq fərmana əsasən, Aqrar Tədqiqatlar Mərkəzinin aqroparkların fəaliyyətinin təşkilində idarəedici orqan kimi müəyyən olunduğunu xatırladıb.

Daha sonra direktor qarşıya qoyulan vəzifələr, tapşırıqların icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanaraq həyata keçirilməsi, rezidentlərin qeydiyyata alınması və onlara müvafiq şəhadətnamələrin verilməsi qaydaları barədə iştirakçıları məlumatlandırıb.

Mərkəz tərəfindən aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyasının hazırlanacağını deyən Rəşad Hüseynov bununla bağlı ATM və aqroparklar arasında sıx əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti