...

Premyer Liqa klubundan 30 milyon avroluq transfer

İdman Materials 28 Avqust 2025 17:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Vulverhempton" klubu müdafiəçi xəttini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər verir ki, "qurdlar" "Jirona"dan Ladislav Kreyçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vulverhempton" çexiyalı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 30 milyon avro təzminat ödəyəcək. 26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulaan müqavilə imzalanıb.

Qeyd edək ki, "Jirona" Ladislav Kreyçini ötən ilin yayında PPraqa "Sparta"sından ttransfer etmişdi. Çexiya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti