...

Ağdamda şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir

Cəmiyyət Materials 28 Avqust 2025 17:45 (UTC +04:00)
Ağdamda şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.

Trend xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

"Məlumat üçün bildiririk ki, mediada Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır.

Hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.

Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə sorğular göndərilib.

Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məsələsi tərəfimizdən nəzarətdə saxlanılır", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti