...

Süni intellekt şirkəti “Google Chrome”u 34,5 milyard dollara almaq istəyir

Gündəm Materials 28 Avqust 2025 15:51 (UTC +04:00)
Süni intellekt şirkəti “Google Chrome”u 34,5 milyard dollara almaq istəyir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt şirkəti “Perplexity”, “Google”un ən çox istifadə edilən brauzeri “Google Chrome”u 34,5 milyard dollara almaq istədiyini açıqlayıb.

Trend xəbər verir ki, dünyada 3,5 milyard istifadəçisi olan “Google Chrome” hazırda ABŞ-da gedən antiinhisar məhkəməsinin əsas mövzularından biridir.

“Perplexity” bildirir ki, “Google Chrome”un müstəqil operatora verilməsi “ictimai maraqlara xidmət edən həll” olacaq. Lakin “Alphabet” və CEO Sundar Piçai bu ideyaya qarşı çıxır.

Qeyd edəki ki, mütəxəssislər qeyd edirlər ki, bu alış baş tutsa, internet bazarında böyük dəyişikliklər ola bilər. Qərarı yaxın günlərdə məhkəmə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti