...

Türkiyədə SOCAR-a məxsus neft emalı zavodunda LPG istehsalı 3 dəfədən çox artıb

Energetika Materials 28 Avqust 2025 13:54 (UTC +04:00)
Türkiyədə SOCAR-a məxsus neft emalı zavodunda LPG istehsalı 3 dəfədən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyun ayında Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu təqribən 28 529 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.

Bu, 2024-cü ilin iyun ayında istehsal olunmuş 14 068 ton mayeləşdirilmiş neft qazı (LPG) ilə müqayisədə 20 247 ton və ya 3,4 dəfə çoxdur.

STAR Neft Emalı Zavodu 2025-ci ilin iyun ayında 891 976 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilin iyun ayı ilə (973 110 ton) müqayisədə 29 623 ton və ya 3,4 faiz artım deməkdir.

İstehsalat, həmçinin, 178 721 ton aviasiya yanacağı, 133 963 ton nafta və 58 583 ton neft koksu istehsalını əhatə edib. Bundan əlavə, zavodda 28 529 ton mayeləşdirilmiş neft qazı (LPG) və 26 502 tona yaxın yüksək kükürdlü dizel yanacağı da istehsal olunub.

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən 18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.

Xəbər lenti

Xəbər lenti