Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda icbari sığorta növləri üzrə sığorta şirkətlərinin yığımları 221,357 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 11,9 milyon manat və ya 5,7% çoxdur.
Eyni zamanda, hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin həcmi 80,595 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-iyul aylarındakı göstərici ilə müqayisədə 8,8 milyon manat və ya 12,2% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı yığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir.