...

Çempionlar Liqasının favoritlər siyahısı açıqlandı

İdman Materials 28 Avqust 2025 20:31 (UTC +04:00)
Çempionlar Liqasının favoritlər siyahısı açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Goal” nəşri 2025/2026 mövsümündə Çempionlar Liqasının qalibi ola biləcək komandaların reytinqini açıqlayıb.

Trend xəbər verir ki, mənbənin versiyasına görə, siyahıya Fransa təmsilçisi PSJ başçılıq edir.

İlk beşlikdə həmçinin “Barselona”, Madrid “Real”ı, London “Arsenal”ı və “Liverpul” da yer alıb. Qazaxıstanın “Kayrat”ı 35-ci, Azərbaycanın “Qarabağ”ı isə 36-cı pillədə qərarlaşıb.

TOP-10-u təqdim edirik:

1.PSJ

2.“Barselona”

3.“Arsenal”

4.“Liverpul”

5.“Real” (Madrid)

6.“Bavariya”

7.“Çelsi”

8.“Mançester Siti”

9.“İnter”

10.“Tottenhem”

Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir. Parislilər ötən mövsümün finalında “İnter”i 5:0 hesabı ilə darmadağın etmişdi. Həmçinin fransız klubu "Tottenhem"ə də qalib gələrək UEFA Superkubokunu da qazanıb (2:2, penaltilərlə 4:3).

Xəbər lenti

Xəbər lenti