Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"Prezident sentyabrın 22-də Nyu-Yorka gedəcək və çərşənbə axşamı, sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edəcək", - Livitt, jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib.