Bakı. Trend:
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən “Araz-Naxçıvan” futzal komandası növbəti oyununu keçirib.
Trend xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə Şotlandiya çempionu “Saltires”i 7:2 hesabı ilə məğlub edib.
Xatırladaq ki, təmsilçimiz ilk matçda “Sparta Belfast” üzərində 9:1 hesablı qələbə qazanmışdı.
“Araz-Naxçıvan” qrup mərhələsində son oyununu avqustun 30-da saat 21:30-da Avstriya çempionu “Ljutu”ya qarşı keçirəcək.