Bakı. Trend:
“Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Trend-in məlumatına görə, Bakı təmsilçisi serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edib.
Müqaviləyə əsasən, futbolçu 1 il icarə əsasında “Sabah”ın uğurları üçün çıxış edəcək.
Karyerası ərzində Simiç Serbiyanın “Srvena Zvezda”, “Zemun”, “Voyvodina”, İsveçrənin “Bazel”, “Şaffhauzen”, “Kyasso”, “Vintertur”, Sloveniyanın “Domjale”, Kiprin “Omoniya” və Türkiyənin “Sivasspor” klublarında forma geyinib.
Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millisinin üzvü olmuş futbolçu “Sabah”da 21 nömrəli formanı daşıyacaq.