Bakı. Trend:
Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Radom şəhərində hava şousunun məşqi zamanı qəzaya uğrayıb.
Trend xəbər verir ki, məlumatı Polşa hökumətinin sözçüsü Adam Şlapka açıqlayıb.
Qəzada təyyarənin pilotu həlak olub.
Sosial şəbəkələrdə hadisə anını əks etdirən həvəskar videolar yayılıb. Kadrlarda qırıcının yüksək sürətlə yerə doğru enməsi, ardınca güclü partlayışın baş verməsi əks olunub.
“F-16 Radomda hava şousunun məşqi zamanı qəzaya uğrayıb. Pilot sağ qalmayıb”, – Şlapka təsdiqləyib.