...

STAR neft emalı zavodu iyunda aviasiya yanacağının istehsalını artırıb

Energetika Materials 28 Avqust 2025 14:06 (UTC +04:00)
STAR neft emalı zavodu iyunda aviasiya yanacağının istehsalını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus , Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında aviasiya yanacağının istehsal həcmini əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadla xəbər verir.

Dərc olunmuş informasiyaya əsasən, cari ilin iyun ayında zavodda 178 720 ton aviayanacaq istehsal olub ki, bu ötən ilin anoloji dövründəki istehsal həcmi ilə müqayisədə 66 178 ton və ya 58,8% çoxdur..

Qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya layihəsidir.

2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü 13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illik nafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti