Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Trend-in Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər ABŞ–Türkiyə münasibətlərini və NATO müttəfiqi kimi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Yaxın Şərqdə sülh və sabitliyə dəstək ifadə olunub, Rusiya–Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll edilməsi üçün davamlı diplomatiyanın vacibliyi vurğulanıb.