...

Kiprdə 700 binaya ziyan vuran meşə yanğınına siqaret səbəb olub

Dünya xəbərləri Materials 28 Avqust 2025 23:49 (UTC +04:00)
Kiprdə 700 binaya ziyan vuran meşə yanğınına siqaret səbəb olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kiprdə 700-dən çox binaya ziyan vuran və iki nəfərin xəbərsiz qaldığı meşə yanğınının səbəbi siqaret olub.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun (ATF) ekspertlərinin hesabatında qeyd edilib.

Bildirilir ki, yanğın Malia–Arsus yolunun kənarında 30x30 sm ərazidə başlayıb. Hadisə yerində siqaret kötükləri aşkar olunub və onlardan ikisinin termik zədələnməsi onların yanğın mənbəyi olduğunu göstərib.

Xatırladaq ki, iyulun 23-də baş verən yanğın zamanı ondan çox yaşayış məntəqəsi təxliyə edilib. Bir neçə ölkə Kiprə yanğınsöndürən helikopter və təyyarələr göndərərək alovun söndürülməsinə dəstək verib. Yerli KİV-in məlumatına görə, yanğın nəticəsində 7 memarlıq abidəsi də ziyan görüb. Ümumilikdə 125 kvadrat kilometr ərazi yanğına məruz qalıb.

Xəbər lenti

Xəbər lenti