Bakı.Trend:
Avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü A. İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı 1972-ci il təvəllüdlü V. Abuzərovun bıçaqla xəsarət yetirərək A. İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilib ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumatda bildirilib ki, ibtidai istintaq davam etdirilir.