...

AYİB Avropa və Asiyanı birləşdirəcək dəmir yolu hissəsinin tikintisinə kredit ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend Cap / AYİB "Mərməray" dəmir yolunun tikintisi layihəsinin reallaşdırılmasına 217 mln. avro ayıracaq. Bu dəmir yolu Türkiyə ərazisindən keçəcək və Avropa ilə Asiyanı birləşdirəcək. Bu barədə Türkiyədəki müxbirinə istinadək "AzərtaC" məlumat verib.

Kredit sazişi iyunun 26 - da imzalanacaq. Kredit 30 il müddətinə ayrılacaq və beş il ərzində güzəştli şərtlərlə qaytarılacaq.

Kredit Türkiyədə yerləşən Qəbzə-Heydərpaşa və Sirkəçi-Halkali yol hissələrinin tikintisinə yönələcək.

"Mərməray" layihəsi dənizin dibi ilə Bosfor boğazından keçəcək, sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi ilə birləşdiriləcək. Tunelin tikintisi 2004-cü ildə başlayıb. Layihənin ümumi dəyəri - $2,5 mlrd.-dır. Tunelin Bosforun altından keçəcək 1,3 km uzunluğunda sualtı hissəsi İstanbulun Avropa və Asiyada iki ucqar nöqtəsi Halkali və Qəbzəni birləşdirəcək 70 km uzunluğunda dəmir yolu və yerüstü metronun tərkib hissəsi olacaq. Yaponiya hökumətinin maliyyələşdirdiyi layihənin reallaşdırılması üçün dörd türk və yapon firmasının təşkil etdiyi "Avrasiya" konsorsiumu formalaşdırılıb. "Mərməray" layihəsi hər iki istiqamətdə altı dəmir yolunun olacağı tunelin tikintisini nəzərdə tutur. Bu, bir saat ərzində 150 min sərnişin daşımağa imkan verəcək. Layihənin reallaşdırılması sərnişin və yüklərin fasiləsiz daşınmasını təmin edəcəyindən, yalnız Türkiyə deyil, Avropa və Asiya üçün də böyük əhəmiyyət daşıyır. Layihə əsas problemlərindən birinin nəqliyyat "tıxacları" olduğu 11 milyonluq İstanbul üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti