...

Göygöldə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)

Gündəm Materials 1 İyul 2021 08:07 (UTC +04:00)
Göygöldə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)

Bakı. Trend:

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 3125 kiloqram olan, 9773 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti