...

Metroda cibgirlik edən şəxs tutulub

Hadisə Materials 23 Dekabr 2017 15:27 (UTC +04:00)
Metroda cibgirlik edən şəxs tutulub.
Metroda cibgirlik edən şəxs tutulub

Bakı. Trend:

Metroda cibgirlik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Dilrubə Sadətdinli, Neftçala rayon sakini Fatimə Yunusova və Bərdə rayon sakini Nigar Vəliyeva metronun “Elmlər Akademiyası” və “Həzi Aslanov” stansiyalarında pul və sənədləri olan pulqabılarının oğurlanmaları barədə məlumat veriblər.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayətin üstü qısa vaxtda açılıb və bu əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Hüseyn Quliyev olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti