...

Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Hadisə 25 Yanvar 2022 08:18 (UTC +04:00)
Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov yol kənarında dayanan avtomobilə qeyri-qanuni yolla daxil olaraq oradan pul oğurlayıb. Bundan başqa şübhəli şəxsin müştəri qismində əyləşdiyi taksidən mobil telefon da oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti