...

Cəmil Çiçək: Azərbaycan torpaqlarının işğalı Türkiyəni ən çox narahat edən məsələdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2012 16:36 (UTC +04:00)
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı Türkiyəni ən çox narahat edən məsələlərdən biridir.
Cəmil Çiçək: Azərbaycan torpaqlarının işğalı Türkiyəni ən çox narahat edən məsələdir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı Türkiyəni ən çox narahat edən məsələlərdən biridir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Yeni il müraciətində bildirib.

Çiçək deyib ki, Türkiyəni 2012-ci ildə müxtəlif münaqişələr səbəbindən dünyada zorakılıq hallarının böyük əksəriyyətinin müsəlman ölkələrində baş verməsi faktı da narahat edir.

Spiker bütün dünyaya uğurlu il və zorakılığın dayandırılmasını arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti