...

Balakəndə narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxlanıb

Siyasət Materials 13 Fevral 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Şəki,13 fevral / Trend , müxbir E.Quliyev/ Balakən rayonunda narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan şəxs yaxlanıb. Balakən rayon Polis Şöbəsinin rəis müavini Loğman İsmayılov çərşənbə günü Trend ə bildirib ki, fevralın 13-də günorta saatlarında rayonun Qullar kənd sakini Şirvan Abbas oğlu Murtuzov 800 qram qurudulmuş marixuananı satarkən tutulub.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində istintaq aparılır.

Daxili işlər orqanları tərəfindən ötən il  qanunsuz dövriyyədən 337 kiloqrama qədər (hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 537 kq) narkotik vasitə götürülüb, 140 kiloqram (hüquq-mühafizə orqanları tərəfindən 323 kq) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilərək yayılmasının qarşısı alınıb. Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2049 nəfərdən 1892-i (92,3%) əmək qabiliyyətli işləməyən və oxumayan, 597-si (29,1%) əvvəllər cinayət törətmiş şəxslər, 71-i (3,5%) qadınlar, 4-ü (0,2%) yetkinlik yaşına çatmayanlardır.

Balakən paytaxt Bakıdan 448 kilometr şimal-qərbdə yerləşir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti