...

Dünyaya beynəlxalq arxitekturanın yeni mexanizmləri lazımdır - AFR-in kansleri

Siyasət Materials 2 Oktyabr 2008 15:44 (UTC +04:00)
Dünyaya beynəlxalq arxitekturanın yeni mexanizmləri lazımdır - AFR-in kansleri

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir V.Javoronkova/ Dünyaya beynəlxalq arxitekturanın yeni mexanizmləri lazımdır, - cümə axşamı "Peterburq dialoqu"səkkizinci Rusiya -Almaniya forumunda çıxış edən Almaniya kansleri Angela Merkel bəyan edib, - "Vesti"telekanalı xəbər verib.

"Yalnız açıq cəmiyyət yeni çağırışlar qarşısında dura bilər, müasir dünyamızda zəifləmək qeyri -mümkündür. Bunu mövcud maliyyə böhranı da sübut edir", - Merkel bildirib.

Onun sözlərinə görə, cari ilin yayında hamının diqqəti Qafqazdakı Gürcüstan - Cənubi Osetiya böhranına yönəlib və "bu məsələdə bizm mövqelərimiz qeyri - bərabərdir, Rusiyanın reaksiyası tərəfimizdən qeyri -proporsional kimi qəbul edilir".

"Biz oxşar münaqişələrin baş verməsinin qarşısını almalıyıq. Biz bir - birimizlə 90 - cı illərin əvvəllərindən bu günədək olan tarixi baxışlarımızı müzakirə etməliyik", - kansler əlavə edib.  

Oktyabrın birində Sankt Peterburq Dövlət Universitetində "Peterburq dialoqu"səkkizinci Rusiya - Almaniya forumu işə başlayıb. 2001-ci ildə yaradılmış forum, Rusiya və Almaniya arasında əməkdaşlıq məsələlərinin möhkəmləndirilməsi və inkişafı üzrə geniş müzakirə yerinə çevrilib.

Xəbər lenti

Xəbər lenti