...

Rusiya işçi qrupu Bakıda Vladimir Putinin səfərinə hazırlıq işləri aparır

Siyasət Materials 18 Fevral 2006 14:37 (UTC +04:00)
Rusiya işçi qrupu Bakıda Vladimir Putinin səfərinə hazırlıq işləri aparır

RF prezidenti Vladimir Putinin səfərinə hazırlıq məqsədilə Rusiya işçi qrupu Bakıdadır. Bu barədə Trend ə AR XİN-in mətbuat xidmətində bildirilib.

İşçi qrupuna Rusiya prezident aparatı və XİN-in nümayəndələri daxildir. Azərbaycanlı həmkarları ilə birgə fevralın 21-22-nə planlaşdırılan səfərin gündəliyi və proqramına hazırlıq işləri aparılır. Səfər Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin açılışı ilə eyni vaxtda keçiriləcək. Diplomatik mənbələrin ilkin məlumatına görə, V.Putin səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək danışıqlar aparacaq, eyni zamanda geniş tərkibdə danışıqlar aparılacaq, ikitərəfli sənədlər imzalanacaq və dövlət başçılarının birgə brifinqi keçiriləcək.

Rusiya milli sərgisinin açılışı fevralın 21-nə Heydər Əliyev adına İdman-sərgi kompleksində planlaşdırılıb. Həmçinin ikinci Azərbaycan-Rusiya iqtisadi forumu, Rusiya incəsənət ustalarının konserti və s. keçirilməsi də planlaşdırılb.

Qeyd edək ki, fevralın 21-22-də Rusiyadan Bakıya 500 nəfərdən çox şəxsin qatıldığı nümayəndə heyəti, o cümlədən hökumət nümayəndələri, iş adamları, mədəniyyət və incəsənət xadimləri gələcək.

Xəbər lenti

Xəbər lenti