...

Novruz Aslanov İsmayıllının İvanovka kəndinə səfər edib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2012 12:45 (UTC +04:00)
Novruz Aslanov İsmayıllı rayonu İvanovka kəndinə səfər edib (FOTO)
Novruz Aslanov İsmayıllının İvanovka kəndinə səfər edib (FOTO)

Aprelin 10-da Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonu İvanovka kəndinə səfər edib. İvanovka kəndində kolxoza yeni seçilmiş sədrin təqdimat tədbirində rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərov, millət vəkili Zabelin, yerli hökumət strukturlarının rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, İvanovka kənd sakinlərinin kollektiv şəkildə təsərrüfatla məşğul olmaları respublikada yeganə haldır və bu kollektiv təsərrüfat bu günə kimi qorunub saxlanılıb. Dövlət hər zaman bu təsərrüfatın inkişafına dəstək vermiş və kollektivin istək və arzularını nəzərə almışdır.

Kolxozun sədri vəzifəsinə yeni seçilmiş Minnikov Qriqoriy Mixayloviç uzun müddət kolxozda çalışıb və müxtəlif vəzifələr daşıyıb. Kollektiv arasında kifayət qədər nüfuza malikdir və bu baxımdan da kollektivin seçimi ilə bu vəzifəyə layiq görülüb.

Tədbirdə çıxış edən millət vəkili Novruz Aslanov bu təsərrüfatın rayona və bütövlükdə respublikanın kənd təsərrüfatına verdiyi töhfələrdən söhbət açıb. Belə kollektiv təsərrüfatın nümunə olduğunu bildirərək bir daha yerli sakinlərin seçiminə yerli strukturların hörmətlə yanaşdığını nəzərə çatdırıb və kollektivin etimad göstərlikləri yeni sədrin fəaliyyətinə hər cürə dəstək vermələrini tövsiyə edib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, millət vəkili Zabelin və digər natiqlər də çıxış etmişlər.

Xəbər lenti

Xəbər lenti