...

Vüsal Hüseynov: Dövlətlər korrupsiyaya qarşı mübarizədə səbirli olmalıdırlar

Cəmiyyət Materials 30 İyun 2014 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlər mühüm rol oynayır. Bu baxımdan etik davranışın həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi çox vacibdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri bu gün Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub. Bu, Azərbaycanın antokorrupsiya sisteminin beynəlxalq standartlara uyğun inkişafını təmin edir.

V.Hüseynov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə siyasəti qısa vaxtda nəticə vermir: "Bunun üçün dövlətlər səbirli olmalı, bir az gözləməlidirlər. Azərbaycanda da bu işlər mərhələlərlə həyata keçirilib".

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin indiyədək 3 mərhələdə həyata keçirildiyini deyən Komissiyanın katibi həm bu mərhələlər çərçivəsində, həm də rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər barədə geniş məlumat verib.

Onun fikrincə, korrupsiya ilə mübarizədə əhalinin etimadını qazanmaq üçün həm dövlət qurumları, həm də kütləvi informasiya vasitələri korrupsiyaya qarşı lazımi mühit yaratmalıdırlar. Azərbaycanda artıq belə bir mühit yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti