...

Azərbaycanda iyul-avqust aylarında hava necə olacaq?

Cəmiyyət Materials 22 İyun 2015 14:27 (UTC +04:00)
Azərbaycanda iyul-avqust aylarının hava proznozu açıqlanıb.
Azərbaycanda iyul-avqust aylarında hava necə olacaq?

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda iyul-avqust aylarının hava proznozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, yay ayları üçün proqnoz Ümumdünya Meteorologiya Təşkilatının 5 regional iqlim mərkəzlərinin məlumatlarına əsasən hazırlanır.

Həmin proqnozlara əsasən, Cənubı Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda iyul-avqust aylarında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksək olacaq. Ölkə ərazisinə düşən yağıntının miqdarı isə iqlim normasından az olacaq. Ölkənin bəzi rayonlarında yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.

A.Verdiyev iyul-avqust aylarının Azərbaycanda ən isti aylar olduğunu da deyib. Onun sözlərinə görə, iyul və avqustun ayrı-ayrı günlərində ölkə ərazisində havanın daha isti keçəcəyi də istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti