...

Gəncədə ilk radio layihə həyata keçirilir

Cəmiyyət Materials 14 İyul 2006 15:10 (UTC +04:00)

"Regionda yeni raidolayihə həyata keçirilir". Bu barədə məlumatı Gəncə Müstəqil Jurnalistika Mərkəzinin koordinatoru Cahangir Cəfərov verib. Onun sözlərinə görə, ABŞ USAİD və İREX Promedya təşkilatlarının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 1 il davam edəcək. Bu müddət ərzində gənclərlə bağlı 52 müxtəlif mövzulu 50 dəqiqəlik radioverilişlər hazırlanacaq və radioanten vasitəsi ilə hər həftənin bazar günü respublikaya yayımlanacaq. Cəfərov qeyd etdi ki, layihənin dəyəri 41750 ABŞ dolları məbləğindədir. Bildirək ki, ilk veriliş iyulun 16-da dinləyicilərə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti