Bakı. Trend:
Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mühüm logistika, enerji və biznes mərkəzlərinə çevrilirlər.
Bu barədə Trend-ə açıqlamasında Qazaxıstan Sosial İnkişaf İnstitutunun analitiki Damir Belgibayev.
Belgibayev Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirərək, enerji, ticarət və nəqliyyat logistikasında mühüm irəliləyişləri qeyd edib. O vurğulayıb ki, Azərbaycandan keçən Transxəzər Nəqliyyat Dəhlizi Qazaxıstana Avropa bazarlarına çıxış imkanı verir, Qazaxıstandan keçən dəhliz isə Azərbaycan üçün Mərkəzi Asiya və Çinə çıxışı yaradır.
"Nəqliyyat dəhlizlərinin inkişafı və ticarət əlaqələrinin genişləndirilməsi əməkdaşlığın daha da dərinləşməsinə öz töhfəsini verəcək”, - deyə o qeyd edib. O əlavə edib ki, iki ölkə arasında əlaqələri gücləndirmək üçün birgə logistik layihələr həyata keçirmək, investisiya fondu yaratmaq, kənd təsərrüfatı və turizm sahələrində tərəfdaşlıq əlaqələri inkişaf etdirmək mümkündür.
O qeyd edib ki, Bişkekdə keçirilən TDT sammiti Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir və ölkənin sammitdə iştirakı onun Mərkəzi Asiyadakı rolunu gücləndirir və regionda iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir.
"Ən böyük iqtisadiyyata və əhəmiyyətli tranzit potensialına malik Qazaxıstan TDT-yə üzv dövlətlərlə əlaqələri gücləndirməyə çalışır. Belgibayevin sözlərinə görə, ölkə regionda sülhün və sabitliyin təmin edilməsində aparıcı rol oynaya, eləcə də inteqrasiya proseslərinə fəal töhfə verə bilər. İqtisadi cəhətdən Qazaxıstan TDT vasitəsilə ixrac bazarlarını genişləndirməkdə və logistika infrastrukturunu inkişaf etdirməkdə maraqlıdır", - deyə o bildirib.
O əlavə edib ki, Qazaxıstanın bərpa olunan enerji və rəqəmsallaşma sahəsində təcrübəsi təşkilatın digər ölkələri üçün də faydalı ola bilər.