...

Azərbaycanda tikinti sahəsinin işçilərinə qarşı tələblər artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda tikinti sahəsinin işçilərinin peşəkarlıq səviyyəsinə qarşı tələbləri artırmaq vacibdir.

Trend-in məlumatına görə, bu barədə cümə günü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Tikinti və Şəhərsalma Məcəlləsi layihəsi üzrə keçirilən ictimai dinləmələr zamanı bildirib.

"Mövcud tələb yalnız, bunu bazarın ən çox tələb etdiyi tikintinin xüsusi sahələrinə, yəni qaynaqçılara, dəmirçilərə şamil ediləcək. Onlar ixtisassız işçilərə şamil olunmayacaq", - Əsədov deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə ilk illərdə ixtisası təsdiq edən sertifikatlar, sənədlər işə başladı, bu, tikintiyə cəlb edilən işçilərin 10 faizində tələb olunur.

"Getdikcə bu göstərici 30-40 faizədək artır, bundan artıq olmur. Biz bu istiqamətdə işləyəcəyik", - Əsədov deyib.

Xəbər lenti

Xəbər lenti