...

Moldovanın beynəlxalq aeroportu ilə bağlı Azərbaycana TƏKLİF

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2016 19:04 (UTC +04:00)
Layihənin ümumi dəyəri 3,5 milyon avro qiymətləndirilir.
Moldovanın beynəlxalq aeroportu ilə bağlı Azərbaycana TƏKLİF

Bakı. Trend:

Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyi Azərbaycan sərmayədarlarını Balti Beynəlxalq Hava Limanının modernləşdirilməsi layihəsində iştiraka dəvət edir.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, layihədə məqsəd hava limanını daha rəqabətqabiliyyətli etmək, eləcə də sərnişinlər üçün daha cəlbedici etməkdir.

Layihənin ümumi dəyəri 3,5 milyon avro qiymətləndirilir.

Aeroportun modernləşdirilməsi nəticəsində illik sərnişin axınının indiki 220 mindən 400 minədək artacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti