...

Azərbaycan Gürcüstan üçün qaz həcmini artırıb – nazir

Energetika Materials 11 Fevral 2008 12:53 (UTC +04:00)
Azərbaycan Gürcüstan üçün qaz həcmini artırıb – nazir

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.İsmayılova/ Gürcüstan Azərbaycandan ildə 1-1,5 mlrd. kub metr qaz almaq niyyətindədir. Azərbaycan isə 2008-ci ildə yalnız 500 mln. kub metr qaz tədarük edə bilər. Bu barədə bazar ertəsi sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Əliyevin bildirdiyinə görə, Gürcüstan Azərbaycanın şəxsi qazının 1000 kub metrini 180-190 dollara almağa hazırdır. 2007-ci ildə qaz 1000 kub metr üçün 120 dollara tədarük olunub. Azərbaycan şəxsi qazının Gürcüstana tədarükünü müqavilə imzalandıqdan sonra bərpa edəcək. Qaz tədarükü Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müqavilə üzrə həyata keçiriləcək.

ARDNŞ öz yataqlarından hasil etdiyi şəxsi qaza malikdir. 2007-ci ilin sonuna qədər Azərbaycan Gürcüstana sutkada təxminən 1,3-1,5 mln. kub metr qaz tədarük edib. Bu qaz "Azəriqaz" Səhmdar Cəmiyyətinin qəz nəqliyyatı xətti üzrə Gürcüstanla sərhədə qədər nəql olunub.

Xəbər lenti

Xəbər lenti