...

"Qazprom" İranın daxili qaz bazarına güvənir

Energetika Materials 20 Fevral 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir A.Bədəlova / "Qazprom" iri Rusiya qaz manopoliyası İranda iştirakını genişləndirmək niyyətindədir. Həftənin əvvəlində "Qazprom" və İran arasında Cənubi Pars yatağında iki və ya üç blokun birgə işlədilməsi və "Qazprom neft"in İranda neftin hasilatı üzrə layihədə iştirakı haqqında razılıq əldə edilib. Bu məsələyə dair saziş iki ay ərzində imzalanacaq.

Qarşılıqlı əlaqələrin əsas istiqaməti qaz və neft yataqlarının kəşfiyyatı və işlədilməsinə, daşınmada birgə fəaliyyətə, qazın emalı və marketinqinə yönələcək.

Rusiya analitiklərinin fikrincə, Cənubi Pars yatağında karbohidrogenlərin hasilatı İranın daxili bazarı üçün nəzərdə tutulub. Belə ki, "Antanta Kapital" İnvestisiya Şirkətirnin analitiki Timur Xayrulinin fikrincə, yaxın zamanlarda Cənubi Pars yatağından Avropaya qaz ixracı gözlənilmir. Onun sözlərinə görə, qazın planlaşdırılan "Nabukko" qaz kəməri ilə nəqli, boru kəmərinin tikinti müddəti ilə əlaqədar mümkün deyil.

"Nabukko" qaz kəməri tikintisinin başa çatmasının ən optimal müddəti, yalnız 2013-cü ilə güman edilir. Bundan əlavə, borunun dolması təminatının olmasından, layihənin həyata keçirilməməsi təhlükəsi var", - çərşənbə günü o, Trend a deyib.

"Qazprom" 1997-ci ildən Cənubi Pars yatağının ikinci və üçüncü mərhələsinin qurulması layihəsində iştirak edir.

Lahiyənin həyata keçirilməsi ilə məşğul olan Konsorsiumun tərkibinə daxildirlər: Fransanın "Total" şirkəti - 40 faiz, Malayziyanın "Petronas" -30 faiz və "Qazprom" ASC - 30 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti