...

Azərbaycan Asiyanın poçt markaları üzrə beynəlxalq sərgidə iştirak edib

Telekommunikasiya Materials 20 Noyabr 2006 13:10 (UTC +04:00)

Azərbaycan Asiyanın poçt markaları üzrə 19-cu beynəlxalq sərgisi olan Asian International Stamp Exhibition 2006-da iştirak edib. Tədbirdə Azermarka dövlət şirkətindən Rabitə və İnformasiyaları Nazirliyinin nümayəndə heyəti iştirak edib. Şirkətdən Trend -ə bildiriblər ki, 13 noyabrdan 16 noyabra kimi Dubayda keçirilən sərgidə şirkətin prezidenti İntiqam Bağırlı və şöbə müdiri Əjdər Məmmədov iştirak ediblər.

Sərgidə 1992-ci ildən bəri Azərbaycanda çap olunmuş və tarixin müxtəlif hadisələrinə, mədəniyyətə və ölkənin digər sahələrinə həsr edilən müxtəlif mövzularda poçt markaları nümayiş etdirilib. Sərginin keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan filatelist və numizmatlar arasında əməkdaşlığı təmin etmək idi.

Sərgi Asiya Filatelistlər Birliyinin (FIAP) rəhbərliyi altında keçirilib ki, burada Birliyin 20-dən artıq üzvü iştirak edib. Sərgidə xarici müəssisələrin, marka və qəpik satışı ilə məşğul olan şirkətlərin məhsulları nümayiş etdirilib. Sərgiyə baş çəkənlər nümayiş etdirilən eksklyuziv nüsxələri əldə edə biliblər.

Xəbər lenti

Xəbər lenti