...

İsrail Livanla atəşkəsə razılaşıq verib

Dünya xəbərləri Materials 25 Noyabr 2024 03:40 (UTC +04:00)

Bakı. Trend:

İsrail Livanın "Hizbullah" hərəkatı ilə atəşkəs sazişi imzalayıb və indi İsrailin baş naziri Binyamin Netanyahu bunu ictimaiyyətə necə təqdim etmək üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə "Kan" radiosu xəbər verib.

Telekanalın məlumatına əsasən, məqsəd atəşkəsi “kompromis” kimi deyil, İsrail üçün faydalı kimi təqdim etməkdir.

Bildirilib ki, məsələ Netanyahu tərəfindən bir neçə yüksək səviyyəli nazir və təhlükəsizlik rəsmiləri ilə görüşdə müzakirə edilib.

Buna əsasən, İsrail Livan-Suriya sərhədində hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayacaq.

Xəbər lenti

Xəbər lenti