...

İki türk müğənnisi - Hadisə və Mahsun Kırmızıgül arasında eşq macərası (FOTO)

Mədəniyyət Materials 9 Avqust 2011 18:06 (UTC +04:00)
Verdiyi hər açıqlama ilə Türkiyə şou-biznesinin gündəmini dəyişdirmək iqtidarında olan tanınmış türk prodüseri Erol Köse tanınmış müğənnilər Hadise ilə Mahsun Kırmızıgülün münasibətlərində eşq macərasının olduğunu iddia edir.
İki türk müğənnisi -  Hadisə və Mahsun Kırmızıgül arasında eşq macərası (FOTO)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Verdiyi hər açıqlama ilə Türkiyə şou-biznesinin gündəmini dəyişdirmək iqtidarında olan tanınmış türk prodüseri Erol Köse tanınmış müğənnilər Hadise ilə Mahsun Kırmızıgülün münasibətlərində eşq macərasının olduğunu iddia edir. Trend Türkiyənin www.nethaber.com saytına istinadən xəbər verir ki, müğənni ilə prodüser arasında söz davası getdikcə böyüyür.

"Hadisə qarınquludur!" iddiasını təzələyən Köse müğənninin onunla şəxsən görüşdüyünü də söyləyib. Prodüser deyib ki, Hadisə meneceri kimi çalışan bacısı Hülyadan xəbərsiz onunla görüşüb.

"Səsinə qulaq asdım və həmin anda da ümidlərim puç oldu. Hadisənin səsinin dadını türk müğənnisi İsmayıl YK ilə müqayisə etdim", - Erol Kösə belə deyib.

"Dünya balaca, əlimə məlumatlar gəlir!" açıqlamasıyla da diqqət çəkən prodüser Hadisənin Mahsun Kırmızıgül ilə eşq yaşaması barədə bunları deyib: "Mahsun Kırmızıgül münasibətləri ortaya çıxmasın deyə, bir iş adamının gəmisində başqa xarici gözəllərlə birlikdə səmimi pozalarda şəkillər çəkdirib. Mən bunları "Twitter"də yazdıqdan sonra Mahsun qardaşım mənimlə əsəbi şəkildə söhbət etdi. Onsuz da biz öz profilimizdə doğru məlumatları yazırıq. Əgər Hadisə ilə münasibətin varsa, qoluna gir, aslanlar kimi də sərbəst gəz dolaş. Niyyətim insanların maskalarını üzlərindən çıxarmaqdır. Qoy hamı düzgün məlumatları bilsin", - Köse əlavə edib.

Kırmızıgülə səslənməyi də unutmayan Erol Köse "Mahsun sən Şərqdən olan adamsan, sənə yaraşan Hadisə ilə sevgi münasibətlərin ortaya çıxdıqan sonra geri addım atmamaqdır", - prodüser fikirlərini belə tamamlayıb.

Adları sevgi münasibətlərində hallanan cütlük isə münasibətləri haqqında şərh verməkdənsə, susmağı üstün tuturlar.

Xəbər lenti

Xəbər lenti