...

YouTube kanalının izlənmə reytinqində Azərbaycanın Eurovision-2012 mahnısının video klipi altıncı yerdədir

Mədəniyyət Materials 5 Aprel 2012 13:19 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsi 2012-də ifa olunacaq 42 mahnının video klipinin YouTube kanalında bu günədək izlənmə reytinqi açıqlanıb.
YouTube kanalının izlənmə reytinqində Azərbaycanın Eurovision-2012 mahnısının video klipi altıncı yerdədir

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir İ.İsabalayeva/

Eurovision Mahnı Müsabiqəsi 2012-də ifa olunacaq 42 mahnının video klipinin YouTube kanalında bu günədək izlənmə reytinqi açıqlanıb.

Trend cümə axşamı eurovision.az saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi "When The Music Dies" mahnısının video versiyası bu günə kimi 217 763 dəfə izlənilib. İzlənmə reytinqində Azərbaycan təmsilçisi hələ ki, altıncı yerdədir.

Sıralamada birinci yerdə Rusiyanın müsabiqə təmsilçisi "Buranovskiye babuşki" qrupu gəlir. Rusiya nümayəndələrinin "Party for everybody" mahnısının video versiyasını 1 020 505 şəxs izləyib.

YouTube kanalında izlənmə sayına görə ikinci yerdə Kipr təmsilçisi İvi Adamou (397 999), üçüncü yerdə isə Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink (381 848) qərar tutub.

Sıranın 4-cüsü Türkiyə, 5-cisi Almaniya, 7-cisi Avstriya, 8-cisi Xorvatiya, 9-cusu Albaniya, 10-cusu isə Yunanıstandır.

57-ci Eurovision Mahnı Müsabiqəsinin favorit təmsilçiləri arasında olan Serbiya təmsilçisi Zeljko Yoksimoviçin müsabiqə mahnısının video versiyasına 98 170, İsveç təmsilçisi Lorinin 70 133, Fransa təmsilçisi Anqunun müsabiqə mahnısının video versiyasına isə 65 062 dəfə baxılıb.

Bugünkü göstəriciyə görə, bu sıralamada sonuncu yerdə İsveçrə təmsilçisi "Sinplus" qrupu dayanıb. Qrupun müsabiqə mahnısının klipinə 34 602 dəfə baxılıb.

Xəbər lenti

Xəbər lenti