...

2018-ci il türk dünyasının mədəniyyət paytaxtı hara oldu?

Mədəniyyət Materials 5 Dekabr 2017 14:10 (UTC +04:00)
Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.
2018-ci il türk dünyasının mədəniyyət paytaxtı hara oldu?

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Qazaxıstanda keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qəbul edilib.

Qeyd edək ki, bundan öncə - yəni 2017-ci il türk dünyasının mədəniyyət paytaxtı Qazaxıstanın Türküstan şəhərim olub. TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı da hazırda burada öz işinə başlayıb.

Xatırladaq ki, 2016-cı il türk dünyasının mədəniyyət paytaxtı Azərbaycanın tarixi şəhəri Şəki olub.

Xəbər lenti

Xəbər lenti