...

Gənclər Fondunun yeni layihəsinin ilk qonağı Rasim Balayev olub (FOTO)

Mədəniyyət Materials 28 Dekabr 2017 20:41 (UTC +04:00)
Layihənin ilk qonağı görkəmli Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, "Şöhrət" ordeni laureatı Rasim Balayev olub.
Gənclər Fondunun yeni layihəsinin ilk qonağı Rasim Balayev olub (FOTO)

Bakı. Trend:

“DİNLƏ” – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yeni maarifləndirici videolayihəsidir. Layihənin rəhbəri, şairə Nigar Həsənzadədir.

Trend-in məlumatına görə, iştirakçıları, ölkəmizin teatr və kino əfsanələri, istedadlı gənc artistlər, görkəmli mədəniyyət xadimləri, məşhur ədiblərindən ibarət olan “Dinlə” layihəsinin əsas vəzifəsi bədii ədəbiyyatı (həm yerli, həm də xarici) gənc auditoriya arasında geniş yaymaqdan ibarətdir.

Həmçinin, layihənin qəhramanları ilə səmimi söhbəti də “Dinlə+” əlavəsində diqqətinizə çatdıracayıq.

Layihənin ilk qonağı görkəmli Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, "Şöhrət" ordeni laureatı Rasim Balayev olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti