...

İçərişəhərdə Mir Teymur Məmmədovun ingiltərəli keramika ustası ilə birgə sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 5 Fevral 2025 10:15 (UTC +04:00)
İçərişəhərdə Mir Teymur Məmmədovun ingiltərəli keramika ustası ilə birgə sərgisi keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 3-də İçərişəhərdə Azərbaycanının tanınmış rəssamı və keramika ustası Mir Teymur Məmmədovun ingiltərəli həmkarı İrina Denev ilə birgə yaratdığı keramika əsərlərindən ibarət sərginin nümayişi baş tutub. Sərgi üç gün davam edən "Duet Simpozium"un nəticəsi olaraq ərsəyə gəlib.

Trend xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və kollektivi, “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, qədim şəhərin sakinləri, Mir Teymur Məmmədovun sənət dostları, o cümlədən, incəsənət xadimləri iştirak ediblər.

Mir Teymur Məmmədov və İrina Denevin birgə əməkdaşlığı yalnız Azərbaycanın beynəlxalq sənət aləmində tanıdılmasına töhfə vermir, eyni zamanda dünyanın fərqli bölgələrindən gələn zəngin keramika ənənələrini birləşdirərək sənətsevərlərə yeni və fərqli təcrübə təqdim edir. Bu kimi yaradıcılıq layihələri mədəniyyətlərarası əlaqələrin inkişafına və sənətin müxtəlif üslublarının qarşılıqlı təsirinə dəyər qatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti