...

Bu günə qədər 118 minə yaxın şəxs amnistiyaya düşüb

Gündəm Materials 11 Noyabr 2021 11:19 (UTC +04:00)
Bu günə qədər 118 minə yaxın şəxs amnistiyaya düşüb

Bakı. Samir Əli - Trend:

Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5672 nəfərə şamil olunub

Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən amnistiya aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib.

"Bu günə qədər həyata keçirilən 11 amnistiya aktı 117770 şəxsə şamil edilib. Zəfər Günü münasibətilə həyata keçiriləcək amnistiya dövlətin hümanist siyasətinin növbəti təzahürüdür" - deyə idarə rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti