...

Qarlı hava Bakıda nəqliyyat vasitələrinin hərəkətinə necə təsir edib? - RƏSMİ AÇIQLAMA

Gündəm 14 Yanvar 2022 09:54 (UTC +04:00)
Qarlı hava Bakıda nəqliyyat vasitələrinin hərəkətinə necə təsir edib? - RƏSMİ AÇIQLAMA

Bakı. Fərid Zöhrabov -Trend:

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə heç bir təsir etməyib.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı avtobusların intervalında gecikmələr qeydə alınmayıb:

"Adi günlərdə olduğu kimi səhər pik saatlara uyğun nəqliyyat sıxlığı müşahidə olunur", - deyə M.Ağayev bildirib.

Qeyd edək ki, dünən axşam saatlarından yağmağa başlayan qarın yanvarın 15-ə qədər davam edəcəyi gözlənilir. Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti