Bakı. Trend:
Vahid Dispetçer Xidmətinin bu axşam pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 28 müntəzəm marşrut xətti üzrə 83 avtobusun hərəkət intervalında gecikmələr var.
Onlar aşağıdakılardır;
1. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11 - 13 dəqiqə gecikmə müşahidə olunur.
2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
3. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-13 dəqiqə gecikmə müşahidə olunur.
4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-15 dəqiqə gecikmə müşahidə olunur.
5. İstiqlaliyyət küçəsi-Niyazi küçəsi Azneft dairəsi istiqamətində 53, 65, 6,10 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslarası intervallarda 8-14 dəqiqə gecikmə müşahidə olunur.
6. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində 11, 199 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.
7.Binəqədi şosesi- Binəqədi istiqamətində 71,79,133,165,179 və 202 nömrəli marşrut xətlərindəki avtobuslarası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.