...

Minayabənzər obyektə görə ərzaq daşıyan gəmilər Ukrayna limanlarını tərk etməyib

Gündəm Materials 27 Oktyabr 2022 07:05 (UTC +04:00)
Minayabənzər obyektə görə ərzaq daşıyan gəmilər Ukrayna limanlarını tərk etməyib

Bakı. Trend:

Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində yaradılan dəniz humanitar dəhlizində minayabənzər obyektin yoxlanılması ilə əlaqədar çərşənbə günü ərzaq daşıyan quru yük gəmiləri Ukrayna limanlarını tərk edə bilməyib.

Trend-in məlumatına görə, bu barədə İstanbul Koordinasiya Mərkəzindən bildiriblər.

"Oktyabrın 26-da dəniz humanitar dəhlizi üzrə Ukrayna limanlarından ərzaq daşıyan quru heç bir yük gəmisi yola düşməyib", - deyə qeyd olunub.

Bildirilib ki, bundan əvvəl minaya bənzəyən şübhəli obyektin olub-olmadığını yoxlamaq üçün dəniz dəhlizinə bir yedək gəmisi və axtarış-xilasetmə gəmisi göndərilib:

"Yoxlamanın nəticələri Koordinasiya Mərkəzinə göndərilib. Yoxlama zamanı mina aşkar edilməməsinə baxmayaraq, riskləri azaltmaq üçün Mərkəz oktyabrın 27-də gəmiləri müşayiət etmək üçün yedək gəmisinin göndərilməsinə qərar verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti