...

Bakıda şadlıq evində keçirilən toyda dava olub, bəyin başına butulka çırpıblar

Hadisə Materials 13 Dekabr 2012 13:25 (UTC +04:00)
Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 8-ci kilometr qəsəbəsində yerləşən “Elşən” şadlıq evində keçirilən toyda qonaqlar arasında dava olub.
Bakıda şadlıq evində keçirilən toyda dava olub, bəyin başına butulka çırpıblar

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda şadlıq evində keçirilən toyda dava olub, bəyin başına butulka çırpıblar.

Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 8-ci kilometr qəsəbəsində yerləşən "Elşən" şadlıq evində keçirilən toyda qonaqlar arasında dava olub.

Dava zamanı adı hələlik istintaqa məlum olmayan şəxs aranı sakitləşdirmək istəyən bəyin başına butulka çırpıb.

Bəy, 34 yaşlı Elnur Hacıyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dava zamanı qonaqlar arsında yüngül xəsarət alanlar da olub.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti